Şirkət haqqında
-
Gira alman ailə şirkətinin tarixi 1903-cü il ilə əlaqəlidir. Rixard Hirzipen (Giersiepen) o zaman geniş yayılmış atma elektrik açarını təkmilləşdirir və ona patent təsdiqləyir. İki ildən sonra öz ixtirasını və digər məişət elektrik quraşdırma komponentlərini bazara çıxarmaq məqsədilə qardaşı Hustav ilə birgə müəssisə təsis edir. Bununla da, Hirzipen qardaşları 1905-ci ildə şirkətin təməlini qurmuş olurlar. Tezliklə iki kiçik anqarda yerləşmiş ailə zavodu artıq elektrotexniki məmulatların müxtəlif çeşidini təklif etmək qabiliyyətinə malik idi. Bir müddət sonra özünü formalaşmış bir şirkət qismində təsdiq etmək zamanı gəldi. 1964-cü ildə rəhbərlik zavoda daha həcmli və ahəngdar ad qoymaq qərarına gəldi: beləliklə də Gira adı yarandı – Hirzipen (Giersiepen) qardaşlarının soyadlarının ilk hecası ilə hal hazırda Gira şirkətinin zavodunun yerləşdiyi Radeformvald (Radevormwald) alman şəhərinin adının birinci hecasının birləşməsi. 2005-ci ildə əsrlik yubileyini qeyd etmiş GİRA bu gün beynəlxalq bazarda mükəmməl keyfiyyət simvoludur.
Gira daim əsl yenilikçi ideyalarını təklif etmişdir. 50-ci illərin ortalarında şirkət Avropada ilk olaraq elektrik açarların və elektrik lövhəciklərin modul sisteminin istehsalına başlamışdır. 60-cı illərdə daha bir təkamül addım klaviş elektrik açarının istehsalı idi. 70-ci və 80-ci illərdə sənaye dizaynı sahəsində məşhur mütəxəssislərlə əməkdaşlıq beynəlxalq müsabiqələrin nüfuzlu mükafatlarını əldə etmək imkanını vermişdir. 90-cı illər texnoloji irəlliləyiş illərinə çevrildi – şirkət müxtəlif funksional qurğuların beş GİRA seriyası çərçivəsinə inteqrasiyasını təmin etmiş System 55 konsepsiyasını işləyib, hazırlamışdır və “əqli” evlərin və mənzillərin təchizatı üçün vadanlığın istehsalına başlamışdır.
Şirkətin nümayəndəlikləri dünyanın otuzdan artıq ölkələrində açılmışdır. Qürur hissi ilə demək olar ki, bu gün Azərbaycan da bu siyahının sıralarına əlavə olunmuşdur. 2013-cü ilin yay aylarından «Smartech» MMC firması Gira şirkətinin rəsmi nümayəndəsinə çevrilmişdir. Bu Azərbaycan bazarı üçün elektrik malları sahəsində böyük nailiyyətdir. Zəngin funksionallıq, seriyaların elementlərinin bir birini əvəz etmə qabiliyyəti, quraşdırmada və istismarda asanlıq, yığcamlıq, üslub vahidliyi və otaqlardan kənarda quraşdırmaq imkanı - bütün bunlar Gira məhsullarının danılmaz üstünlükləridir.
Həmçinin, «Smartech» Azərbaycan ərazisində diler şəbəkəsini fəal inkişaf etdirir və öz partnyorlarına əlverişli əməkdaşlıq şərtlərini təklif edərək, Hot Line rejimində konsultasiyaları, eləcə də, almaniyada tədris seminarlarını həyata keçirir. «Smartech» firması əməkdaşlığa hazırdır və Sizləri şourumda görməyə şaddır.
-