3 Plus sensorlu elektrik açarı, 2 klavişli, System 55/E22
-
-
Xüsusiyyətləri:
- Fonun işıqlandırılması və çoxsaylı nümayiş imkanları ilə qrafik displey, məsələn: temperatur, vaxt, tarix, siqnalizasiya mətnləri və göstərişlər
- Çoxrəngli vəziyyət işıq-diod indikatorunun ETS vasitəsilə parametrləmə imkanı (qırmızı, yaşıl, göy)
- Hər idarəetmə klavişində iki vəziyyət işıq-diodu
- Yazı üçün sahənin işıqlandırılması
- Otaqda yerli temperaturun ölçülməsi üçün inteqrasiya olunmuş temperatur sensoru
- Şin nəzarətçisinin 3 və ya xarici sensoru üzərinə quraşdırma
- Layihələndirmə və istismara daxil etmə ETS3.0d Patch A vasitəsilə həyata keçirilir.
- Yivli birləşmə hesabına sökülməyə qarşı müdafiə
- Yazı üçün neytral sahələr əlavə olunur
- Sensorlu elektrik açarın xüsusiyyətləri:
- Klaviş funksiyasının və ya hər idarəetmə klavişi üçün düymənin müəyyən edilməsi imkanı
- Klaviş funksiyası: dəyişmə, işığın tənzimlənməsi, jalüzlərin idarə olunması, göstərici sensoru (1 bayt), göstərici sensoru (2 bayt), səhnənin əlavə qurğusu
- 2 kanallı idarəetmə və ventilətorun əl ilə idarə olunması
- Düymə funksiyası: dəyişmə, işığın tənzimlənməsi, jalüzlərin idarə olunması, göstərici sensoru (1 bayt), göstərici sensoru (2 bayt), səhnənin əlavə qurğusu, 2 kanallı idarəetmə, tənzimləyicinin əlavə qurğusu, isitmə taymerinin idarə olunması və ventilətorun əl ilə idarə olunması
- Tənzimləyicinin əlavə qurğusu və ya tənzimləyicinin idarə olunması: iş rejiminin dəyişdirilməsi (müəyyən olunmuş iş vaxtı və ya tənzimləyicinin əlavə qurğusu olan halda müxtəlif iş rejimlərinin dəyişilməsi), mövcudluq vəziyyətinin dəyişilməsi, müəyyən olunmuş göstəricinin dəyişilməsi
- Ayrı-ayrı düymə və klavişlər üçün ekranın bloklama obyekti
- Bütün işıq-diod indikatorlarlarının yanıb, sönməsi yolu ilə qəza siqnalizasiyası.
- Vəziyyətin işıq-diod indikatorunun rəngi (qırmızı, yaşıl, göy) bütün hallar üçün və ya hər konkret hal üçün konfiqurasiya edilir.
- Şin vasitəsilə mövcud olan funksiyalardan imtina etmə funksiyasını aktivləşdirmək olar ki, o, hər bir işıq-diod indikatorunun əks olunan rəngini və parametrini dəyişmək imkanını verir.
- İşıq-diod vəziyyət indikatoru “yandırma”, “Söndürmə”, “avtomatik söndürmə” və ya “obyektlər vasitəsilə yandırıb, söndürmə”.
- İşıq-diod vəziyyət indikatorlarının, işin və displeyin fon
işıqlanmasının tənzimlənməsi üçün kommunikasiya obyekti .
Termostatın xüsusiyyətləri:
- İş rejimləri: «komfort», «gözləmə”, «gecə» və «donmaya/həddindən artıq isinməyə qarşı müdafiə». Hər bir rejim üçün fərdi temperatur göstəricisi müəyyən olunur (isitmə / və ya soyutma üçün).
- Mövcudluq düyməsi vasitəsilə komfort rejimində işin artırılması
- Pəncərənin açılması sensorunun və ya donma əleyhinə avtomatik qurğunun siqnalı ilə donma / həddindən artıq isinmə rejimləri arasında keçid.
- Qurğunun displeyində termostat haqqında informasiyanın əks olunması.
- Bir və ya iki tənzimləmə konturunun seçimi.
- İsitmə və ya soyutma rejimində məhsuldarlıq dərəcəsindən asılı olaraq müxtəlif tənzimləmə qanunlarının seçimi mümkündür: Pİ-tənzimləmə (ŞİM vəsitəsilə səlis və ya pilləli) və ya iki mövqeli tənzimləmə (yandırma/söndürmə).
- Pİ üçün tənzimlənən parametrin və iki mövqeli tənzimləmənin seçim imkanı.
- Bir daxili və ikidən artıq olmayan xarici temperatur sensorləri vasitəsilə havanın temperaturunu ölçmək imkanı (1 x obyekt, 1 x dəyişmə).
- əlavə xarici keçici temperatur sensoru 1493 00, məsələn, döşəmədə quraşdırılan döşəmənin elektrik isidilməsi sisteminin sensoru.
- İsitmə vaxtı 28 dəyişmə anı ilə.
JK displeyin funksiyaları:
- Söndürülən işıq-diod fon işıqlandırılması ilə qrafik displey
- Bir və ya iki əks etdirmə zonası
- Aşağıda qeyd olunan dillərdə mətnin əks olunması: alman, ingilis, Niderland, Norvec, rus, Polşa. Digər dilləri internet vasitəsilə yükləmək olar.
- Sensorlu elektrik açarı istismara daxil etmə üçün neytral klavişlərlə birgə təchiz olunur. Elektrik açarlarının seriyasına müvafiq klavişlər ayrıca sifariş olunur.
-