Azərbaycan, Xətai rayonu, Bakı şəhəri. Sabit Orucov küçəsi, 13
Telefon.: +(99412) 489-01-06; +(99412) 489-01-07, info@smartech.az

smartech improve your life

GİRA şirkətinin .
Azərbaycandakı rəsmi nümayəndəsi




KNX/EIB Gira FacilityServer


Instabus KNX/EIB sistemi üçün şlüz,xüsusi olaraq sənaye binalarına qarşı irəli sürülən yüksək tələblər üçün yaradılmışdır.

Texniki xüsusiyyətləri


müdafiə dərəcəsi

IP 20

temperatur intervalında

0°С - +45°С

enerji istehlakı

təxmini 15 vt

Ölçülər

(En х Hündürlük х Dərinlik) 483 x 88 x 270 mm



Instabus KNX/EIB sistemi üçün şlüz,xüsusi olaraq sənaye binalarına qarşı irəli sürülən yüksək tələblər üçün yaradılmışdır. Gira FacilityServer vasitəsilə binada yerləşən ayrı-ayrı qurğuları və KNX/EIB avadanlığını vahid şəbəkəyə birləşdirib, onun kompüterlə idarə olunmasını həyata keçirmək olar.

Gira FacilityServer internetə qoşulan zaman binanın və avadanlığın xaricdən idarə olunmasına imkan yaranır. Həmçinin, Gira FacilityServer yuxarı rütbəli qurğuların idarə edilmə sistemləri üçün məlumatlar serveri rolunda çıxış edir və onlara sərfiyyat haqqında məlumatları və işçi parametrlərini analiz üçün təqdim edir.

Gira FacilityServer Gira HomeServer-in tam xidmətlər spektrini təqdim edir, sənaye sahəsində istifadə üçün isə daha böyük yaddaşla təchiz olunmuşdur. Sonuncu hal yaddaşda daha böyük məlumatlar həcmini saxlamaq və bununla da sistemin vizualizasiyasını yaxşılaşdırmaq imkanını verir.

Həmçinin, bir neçə Gira FacilityServer vahid şəbəkəyə birləşdirilə bilər. Bununla da binanın ayrı-ayrı hissələrinə və alt sistemlərinə paylaşdırılmış avadanlığın vahid şəklə birləşdirilməsini təmin edə bilər.

İdarəetmə ən müasir kommunikasiya vasitələri ilə həyata keçirilir. Kompüterlə yanaşı bu standart İnternet-protokolları dəstəkləyən qurğular ola bilər ki, onlar lokal şəbəkəyə, WLAN və ya internetə qoşula bilər. Bu zaman KNX/EIB şinin bütün funksiyalarına nəzarət təmin olunur. Uyğun və istifadə üçün rahat Gira HomeServer 4 qurğuları qismində Gira SmartSensor, Control 9 Client, Control 19 Client və iPhone®, iPod® touch və iPad™ üçün Gira interfeys əlavələrini qeyd etmək olar. Müvafiq əlavə Apple® Store da mövcuddur. android bazasında 2012-ci ilin dekabr ayından istifadədədir (Google Play Store).

Proqram memarlığı sayəsində HomeServer internetdə xaker müdaxilələrindən qorunmuşdur. Yüksək qorunma səviyyəsi qoşulma zamanı telefon nömrəsini, istifadəçi adını və onun şəxsi PİN- kodunu istəyən (USB-ISDN adapteri ilə birgə) müdaxiləyə nəzarət sistemi iə də təmin olunur.

Əvvəllər mövcud olamayan yeni funksiyalar:

  • Funksionallığın proqram yenilənməsi imkanı
  • 200 istifadəçi üçün müdaxilə. Bir istifadəçi üçün eyni zmanda bir neçə loginin daxil edilməsi mümkündür.
  • Layihələrin şəxsi məzmunu ilə arxivləşdirilməsi, məsələn, ümumi planlarla və sair.
  • Məlumatları siklik yadda saxlanılması və ya hər hansı hadisənin baş verməsinə görə yadda saxlanılması (məsələn, temperatur göstəricilərinin, işlənmiş saatların sayğacının göstərilməsi, hər hansı rezervuarın dolma səviyyəsinin əks olunması və sair) .
  • Qrafik əks etdirmə
  • Qrafik interfeys: Binada ayrı-ayrı qurğuların və sistemlərin vəziyyətinin displeydə sərbəst yerləşdirilən işarələr və mətn vasitəsilə əks olunması. Hər istifadəçi qrupu üçün vizualizasiya üzrə öz menyu strukturunun yaradılması
  • İP-kameralardan siqnalın qəbulu və işlənməsi, məsələn, Mobotix: şəkillərin yadda saxlanılması və vizualizasiya zamanı istifadəsi, bu cür qrafik şəkillərin elektron poçt və FTP ilə ötürülməsi mümkündür. Belə olan halda bu və ya digər ölkənin xüsusiyyətlərini nəzərə almaq lazımdır, xüsusilə də, informasiyanın ötürülməsi üzrə protokolları və normativləri (məsələn, SDN, SMS və sair).
  • Saxlanılmış həyəcan siqnallarının və məlumatların Excel™, CSV, HTML, XML formatlarına göndərilməsi
  • Riyazi funksiyalar (məsələn, əsas – cəmləmə, çıxma, vurma və sair).
  • Həftəlik proqram, bayram və istirahət günləri ilə təqvim, taymerlər.
  • Nasazlıqlar barədə bildirişlər, ölçülmş göstəricilərin protokolları, sensorların vəziyyəti, SMS və elektron poçt vasitəsilə ötürmək olar. EİB və telefon vasitəsilə kvitasiya.
  • Telefondan idarəetmə
  • Özünü öyrətmə ilə mövcudluğun immitasiyası funksiyası.
  • Kompüter şəbəkəsi, internet, simsiz şəbəkələr vasitəsilə məsafədən idarəetmə.
  • Mətnin ASCII kodirovkasında informasiya displeyinə 2 ötürülməsi
  • Digər istehsalçıların qurğuları ilə İP birləşmə, İP-teleqramlarının ötürülməsi və işlənməsi.
  • Hər hansı hərəkətli hissələrin, məsələn, ventilyatorun və ya sərt diskin olmadığı səbəbində praktiki olaraq köhnəlməmə.
  • Məntiqi elementlərlə qrafik redaktor: Layihə kitabxanasından konkret layihə üçün zəruri elementləri istifadə etmək və onları sərbəst şəkildə iş vərəqəsində yerləşdirmək imkanını verir. 150-dən artıq məntiqi modul hazırlanmışdır.
  • Qlobal kitabxanaların idxalı və ixracı .
  • Kommunikasiya obyektləri: ETS-dən OPC və ya HSXML (Add-in-ETS) formatlı fayl vasitəsilə ötürmə. CSV formatında fayl şəklində idxal və ixrac kommunikasiya obyektləri.
  • Universal taymer: taymerin bir neçə dəyişmə nöqtəsinə sazlanması mümkündür. Hadisənin müəyyən gün, ay, il ilə yadda saxlanılması. Kommunikasiya obyektləri vasitəsilə obyektin aktivləşdirilməsi və qeyri aktivləşdirilməsi. Astrofunksiyanın və təsadüfi rəqəmlər generatorunun istifadəsi.
  • Məlumatların qorunması/nasazlıq zamanı məlumatların bərpa edilməsi.
  • 14-baytlıq EIB-mətnlər: Mətn sətri ilə müqayisə yolu ilə analiz. SMS, elektron poçtun göndərilməsi üçün istifadə olunur.
  • IP-teleqramların qəbulu: Зünvan məkanının müəyyənləşdirilməsi, 14-baytlıq EIB-mətnlərin çıxarılması, 14-baytlıq EIB-mətnlərin müqayisə edilməsi.
  • SNMP: rəqəmsal və 14-baytlıq EIB-mətnlərin hesablanması. SNMP-Trap HomeServer komandaları vasitəsilə ötürülməsi. HomeServer işə salınan zaman əməliyyat ColdStart-Trap.
  • Vəziyyətin idarə olunması/göstərilməsi Agfeo telefon aparatı vasitəsilə.
  • EIBnet/IP protokolu vasitəsilə şinə müdaxilə imkanı.
  • İP-qurğularla mübadilə məlumatlarının işlənməsi (oxuma/yazma)
  • iETS-server: EİB qurğularının məsafədən proqramlaşdırılması (yüksək təhlükəsizlik tədbirlərinin təmin olunması ilə). Kommunikasiya obyekti vasitəsilə iETS funksiyalarının yerinə yetirilməsi üçün icazənin verilməsi. iETS vasitəsilə proqramlaşdırılma HomeServer cari iş rejimini dəyişmir.
  • Əlavə informasiya: www.gira.de/facilityserver
  • Qurğunun texniki xüsusiyyətləri versiyadan asılı olaraq dəyişə bilər.
  • İdarəetmə qurğularının funksionallığının təmin olunması üçün sistem tələbləri:
  • Qoşulan idarəetmə qurğuların internet brauzerləri minimal olaraq aşağıdakıları dəstəkləməlidirlər: HTML 4.0, Java Script 1.1, CSS və Dynamic HTML.

Qoşulma imkanları:

  • 1 ardıcıl interfeys.
  • RJ 45, 10/100 Мбит Ethernet şəbəkəsinə qoşulmaq üçün 1 yuva
  • KNX/EIB sisteminə 2167 00 IP-marşrutizator vasitəsilə, gizli montaj məlumatlarının ötürülmə interfeysi USB 1070 00, REG USB 1080 00 (USB HID ilə uyğun, 2.4 eksperti üçün proqram təminatı versiyasında mövcuddur) tipli məlumatların ötürülmə interfeysi.
  • USB-ISDN 2093 00 adapteri vasitəsilə ISDN qoşulma.

İstismara daxil etmə üçün proqram təminatı:

  • FacilityServer eksperti üçün proqram təminatı, əməliyyat sistemləri üçün, Windows XP™ başlayaraq, 6.0. versiyasından Internet Explorer daxil etməklə.
  • ETS, ETS 2, ETS 3 və ETS 4. qrup ünvanlarının qəbulu
  • Qrafik proqramların inteqrasiyası.

Təchizat dəsti:

  • Termik tənzimlənən ventilyator ilə taxmada ölçüsü 19" (48,26 sm) olan Gira FacilityServer,alümin tıxacla.
  • Şəbəkə kabeli,
  • sıfır modemli kabel,
  • istismara daxil etmə haqqında qısa təlimat,


Geri bölməsində