Azərbaycan, Xətai rayonu, Bakı şəhəri. Sabit Orucov küçəsi, 13
Telefon.: +(99412) 489-01-06; +(99412) 489-01-07, info@smartech.az

smartech improve your life

GİRA şirkətinin .
Azərbaycandakı rəsmi nümayəndəsi




tx_44


Seriyanın xüsusiyyətləri

TX_44 seriyasının elektrik quraşdırma məmulatları çox geniş istismar spektri üçün nəzərdə tutulmuşdur. Onlar istər adi, istərsə də rütubətli otaqlarda, həmçinin, evin xaricində - terrasda, fasadda və sair yerlərdə istifadə oluna bilər. Cihazların korpusları zərbəyə qarşı, UB-şüalanma və iqlim təsirlərinə davamlı termoplastdan istehsal edilmişdir. Məmulatların konstruksiyasında icazəsiz sökülməyə qarşı müdafiə və tozdan və sudan həddindən artıq yüksək qorunma nəzərdə tutulmuşdur (IP44). Sanballı sabitlik təsəvvürünü yaradan ТХ_44 seriyası sizin evinizə daha çox etibarlılıq bəxş edəcək.

Rənglər: ağ, «alümin», «antrasit».

Açılan qapaqlı aralıq panellərin istifadəsi bu seriyada 100-dən artıq funksiyası olan System 55 qurğularını və taxmalarını istifadə etmək imkanını verir. ТХ_44 seriyasının cihazları Gira panellərinin və energetik dayaqların əsası kimi çıxış edir.

ТХ_44 qərargahı ştutqard şəhərində yerləşən Phoenix Product Design dizayner şirkətinin ən nüfuzlu mükafatlarına layiq görülmüş seriyadır. Bu seriya bizdə də layiqincə dəyərləndirilmişdir. 2002-ci ilin mart ayında “Pod krışey doma” interyerin memarlığı və dizaynı Moskva Festivalında ТХ_44 Rusiya dizaynerlər ittifaqının peşəkar klublar Şurası tərəfindən təsis olunmuş “Yüksək dizayn” peşəkarlıq standartı ilə qeyd olunmuşdur.