Azərbaycan, Xətai rayonu, Bakı şəhəri. Sabit Orucov küçəsi, 13
Telefon.: +(99412) 489-01-06; +(99412) 489-01-07, info@smartech.az

smartech improve your life

GİRA şirkətinin .
Azərbaycandakı rəsmi nümayəndəsi




Seriya S-Color


Seriyanın xüsusiyyətləri

Bu seriyanın dizaynının əsasına sadə formaların və təmiz rənglərin istifadəsi ideyası qoyulmuşdur. Müəlliflər moda kaprizlərinə və müasir memarlıqda və interyer yaradılmasında üslub dəyişikliklərinə tabe olmayan modellər yaratmaq istəmişlər. Bu arzunun həyata keçirilməsi üçün klassik proporsiyalarda əsas həndəsi fiqurlar istifadə olunmuşdur – dördbucağa daxil edilmiş dairə. Bu həddindən artıq sadə və estetik baxımdan uğurlu fikir Vuppertale (Almaniya) universitetinin professoru, sənaye dizaynı sahəsində mütəxəssis olan Odo Klozeyə məxsusdur. Uğuru bu seriyanın layiq görüldüyü çoxsaylı mükafatlar da təsdiqləyir. Seriyanın məmulatları müxtəlif rəngarəng qammada istehsal olunur. Bu cür müxtəliflik istənilən interyer üçün elektrik açarlarını və elektrik lövhəciklərini seçmək imkanını verir.

Seriyanın istehsalında istufadə olunan poliamid və xüsusi istehsal texnologiyası aşağıdakıları təmin edir:

  • əksər üzvi həlledicilərə və dezinfeksiya vasitələrinə qarşı davamlılıq;
  • səthləri az elektrostatik xüsusiyyətləri;
  • ültrabənövşəyi şüalanmaya qarşı yüksək davamlılıq;
  • nadir bakterisid xüsusiyyətlər (səthin yüksək “parlaqlığı” hesabına materialın səthində bakteriyaların inkişaf sürətinin minimuma endirilməsi).

Bu xüsusiyyətlər s-color seriyasını sosial əhəmiyyətli obyektlərdə istifadə üçün tpvsiyyə etmək imkanını verir.