Azərbaycan, Xətai rayonu, Bakı şəhəri. Sabit Orucov küçəsi, 13
Telefon.: +(99412) 489-01-06; +(99412) 489-01-07, info@smartech.az

smartech improve your life

GİRA şirkətinin .
Azərbaycandakı rəsmi nümayəndəsi




f100


Seriyanın xüsusiyyətləri

Bu seriyanın sadəliyi — mübahisə olunmaz üstünlüklərdən biridir. Bu gözəl sadəlik seriyanın məhsullarını istənilən interyerdə istifadə etmək imkanını verir. Funksional imkanlar və qiymət baxımından isə F100 seriyasının dünya bazarında elektrik avadanlıqlarının istehsalçıları sırasında analoqu yoxdur.

Geniş funksiya qamması (təxmini olaraq 230) seriyaya daxil olan çoxsaylı qurğular vasitəsilə əmələ gətirilir – gizli quraşdırılan Gira radio qəbuledicisindən Gira Instabus KNX/EIB sistemindən avadanlığın müxtəlif komponentlərinə və Gira radioşin sisteminə qədər.

F100 seriyasının çərçivələrinin rəng qammasına gəldikdə isə Gira dizaynerləri həmişə olduğu kimi, bir neçə variant təklif edir: bu seriya üçün ənənəvi olan parlaq ağ və parlaq kremli çərçivələrə 2008-ci ildən yeni rənglər əlavə edilmişdir: “xrom”, “bürünc” və “platin”. Mərkəzi taxmaların rəngi əvvəlki kimi qalır, yəni, iki əsas tonda – isti (parlaq kremli) və soyuq (parlaq ağ0. bu cür neytrallıq bu seriyanın məmulatları üçün nəzərdə tutulmuş çərçivələrlə müxtəlif kombinasiyalar yaratmaq imkanını verir. İstər xüsusi mənzil, istərsə də ofisiniz Gira F100 məmulatları ilə müasir elektrik quraşdırma tələblərinə tam şəkildə cavab verəcək, seriyanın elementlərinin dizaynı isə interyer görünüşünün mükəmməlliyini qeyd edəcək.