Azərbaycan, Xətai rayonu, Bakı şəhəri. Sabit Orucov küçəsi, 13
Telefon.: +(99412) 489-01-06; +(99412) 489-01-07, info@smartech.az

smartech improve your life

GİRA şirkətinin .
Azərbaycandakı rəsmi nümayəndəsi




Edelstahl


Seriyanın xüsusiyyətləri

Edelstahl proqramı — yüksək keyfiyyətli poladdan hazırlanmış məmulatların geniş çeşididir. Məhz materialın xarakteristikaları onun əsas xüsusiyyətlərini müəyyən edir – mexaniki möhkəmlik vəxarici mühit təsirlərinə qarşı dayanıqlıq hesabına uzun müddətli xidmət. İlk baxışdan dizayn çox sadədir, lakin, məhz bu sadəlik incəsənətdə yüksək ustalıq səviyyəsinə dəlalət edir. İki növ çərçivə istifadə olunur: yan tiyələrlə (seriya 20) və yastı kənarlarla (seriya 21).

Onlardan istifadə edərək, müxtəlif konsepsiyalar yaratmaq olar. Dizayner həlləri istər təbii daş ilə, ağac və ya şüşə ilə kontrastda, istərsə də metal interyerinin detalları (qapı və pəncərə qulpları, pilləkən sürahıları, divar üzlüyü və sair) ilə ansamblda həyata keçirilə bilər.

Eleqantlıq, üslüubda ciddilik, yüksək keyfiyyətlə yanaşı Edelstahl proqramını xoşagələn edir və onun banklar, ofislər, mehmanxanalar, muzeylər, ictimai və inzibati binalar kimi yerlərdə istifadəsini təmin edir. Bununla yanaşı seriya yaşayış sektorunda da geniş yayılmağa başlamışdır.