Azərbaycan, Xətai rayonu, Bakı şəhəri. Sabit Orucov küçəsi, 13
Telefon.: +(99412) 489-01-06; +(99412) 489-01-07, info@smartech.az

smartech improve your life

GİRA şirkətinin .
Azərbaycandakı rəsmi nümayəndəsi




Esprit


Seriyanın xüsusiyyətləri

Bu seriya - System 55 struktur hissəsidir.

Seriyanın konsepsiya əsası — təbii materialların istifadəsidir. Elektrik quraşdırma məmultları üçün şüşə, ağac, bürünc, tunc, alümin və xromlu metal çərçivə interyerlərinin işlənməsi xüsusi effektlər verir. Zalların və otaqların məkanına sızan işıq şüaları çərçivələrin qara şüşəsində əks olunur və otaqların dizaynına xüsusi ifadəlik verir, salat rəngli və ağ şüşə - pastel və kontrast fon üçün yüngül aksent verir. Bürüncün yumşaq parlaqlığı mebel detalları və digər əşyaların üzərində cilalanmış səthlərin parıltısı ilə ahənglik təşkil edir və xüsusi yaraşıq verir. Alüminə gəldikdə isə, bu material bu gün tikintidə özünü o qədər təsdiqləmişdir ki, onun dizayn sahəsində cəsur addımı təəccüblə qarşılanmır; alümin çərçivələr xüsusilə «hi tech» üslubuna daha uyğundur.

Venqe – möhkəm olduğu qədər də ekzotik qara ağacdır. Elektrotexniki qurğuların bu cür materialla əlavə olunması sizin interyerinizə xüsusi eksklyuzivlik verəcək. Mətbəx, hamam otağı, qapı tutacaqları və məişət texnikası aksessuarları ilə xromlu poladdan hazırlanmış çərçivələr xüsusi uyğunluq təşkil edir.